Oct 02, 2025 | 10:24 Müsahibələr, çıxışlar
Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natəvan Cəfərovanın “Kaspi” qəzetində “Buzlaqların yox olma təhlükəsi” adı altında müsahibəsi dərc edilib.
Qeyd edilib ki, BMT 2025-ci ili buzlaqların qorunması ili elan edib. Bu isə təsadüfi deyil, çünki qlobal istiləşmə bütün dünyada onların əriməsinə səbəb olur.
Coğrafiyaçı alim müsahibəsində Azərbaycanda buzlaqların vəziyyəti, onların qorunması, əriməsinin ölkənin kənd təsərrüfatına, hidroenergetika və su təchizatına təsiri, buzlaqların qorunması haqqında beynəlxalq və regional təşəbbüslər və s. kimi məsələlərə aydınlıq gətirib. Gürcüstanda “Cənubi Qafqazda Adaptasiya üzrə Regional Dialoq” mövzusunda keçirilən tədbirdən söhbət açan N.Cəfərova bildirib ki, orada etdiyi “Azərbaycanda iqlim dəyişikliyinin qar və buz örtüyünə təsiri: qiymətləndirmə, uyğunlaşma və siyasətlə bağlı cavab tədbirləri” mövzusundakı çıxışında dövlət siyasəti çərçivəsində buzlaqların vəziyyəti, monitorinqi və adaptasiya tədbirləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, 2000-ci ildən 2020-ci ilə qədər onların sahəsi sənayeşmədən əvvəlki səviyyələrlə müqayisədə 23%-dən çox azalıb və hətta kiçik istiləşmə belə əriməni sürətləndirir.


