AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ

AMEA GEOLOGIYA İNSTITUTUNUN ƏMƏKDAŞI ELM SAHƏSI ÜZRƏ “GƏNCLƏR ÜÇÜN PREZİDENT MÜKAFATI”NA LAYİQ GÖRÜLÜB
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elm sahəsi üzrə 8 gənc alimin namizədliyini irəli sürülən bu mükafata AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov layiq görülüb.
Mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
Qeyd edək ki, Səfərov Rafiq Tofiq oğlu 1984-cü il sentyabrın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakültəsini geofizika ixtisası üzrə bitirmiş və həmin ildə Geologiya İnstitutunda elmi fəaliyyətə başlamışdır. O, 2005-ci ildə BDU-nun magistraturasına daxil olmuş və 2007-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 2008-2011-ci illərdə "Geodinamika və Seysmologiya" şöbəsində elmi işçi, 2011-2012-ci illərdə böyük elmi işçi, vəzifələrində çalışmış, 2013–cü ildən şöbənin aparıcı elmi işçisidir.2008-2011-ci il tarixlərində Geologiya İnstitutunun aspirantı olmuş, geofizika ixtisası üzrə “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və seysmik təhlükənin GPS məlumatları əsasında tədqiqi” mövzusunda dissertasiya işini tamamlamış və müzakirəyə təqdim etmişdir.
R.T.Səfərov 01.10.2011-15.09.2012-ci il tarixində Yaponiya Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutu, Yaponiya Milli Siyasi Tədqiqatlar İnstitutu və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunmuş „Seysmologiya, Zəlzələ Mühəndisliyi, Sunami və Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması“ mövzusunda 52-ci İllik Təlim Kursunda iştirak etmiş və Nagoya Universitetinin magistraturasında oxumuşdur. O, burada tanınmış alimlərin (T.Yokoi, B.Shibazaki, H.Tatsuhiko, F.Yushiro, N.Hurukawa, Y.Yagi və b.) elmi mühazirələrində iştirak etmiş və onlarla birlikdə tədqiqat işləri aparmışdır. R.T.Səfərov, Yaponiyadakı magistr dissertasiyasını dünya miqyasında tanınmış, Naqoya Universitetinin professoru Take