AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim televiziyada məlumat xarakterli müsahibədə iştirak edib
Sep 25, 2025 | 17:12 Müsahibələr, çıxışlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Dünya TV-nin efirində yayımlanan “Üz-üzə” verilişinin qonağı olub.

Görüş “Rüzgar” İctimai-ekoloji birliyi tərəfindən həyata keçirilən, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “İqlim dəyişmələrinə aid mitiqasiya tədbirləri üzrə məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə fəaliyyətlərinin tərkib hissəsi kimi baş tutub. Maarifləndirilmə-təşviqat xarakteri daşıyan bu görüşdə R. Kərimov Layihənin icraçılarından biri kimi iqlim dəyişmələrini yaradan səbəblər, bununla bağlı qlobal miqyasda və Azərbaycanda müşahidə edilən təbii-coğrafi proseslər, təbii fəlakətlər, BMT-nin iqlim konfranslarından, o cümlədən ötən il Bakıda keçirilmiş COP-29 görüşündən irəli gələn öhdəliklərin yerinə yetirilməsi kimi məsələlər barədə danışıb. O, iqlim dəyişmələri ilə mübarizədə mitiqasiya tədbirlərindən biri kimi günəş enerjisindən istifadəyə keçidin əhəmiyyətini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumat verib.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023