AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geomorfoloqlar Qarabağ ərazisində ətraf mühiti tədqiq ediblər
Sep 25, 2025 | 16:43 Maraqlı məlumatlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları – böyük elmi işçi c.ü.f.d Sevinc Məmiyeva, aparıcı elmi işçi c.ü.f.d Samirə Abuşova və  kiçik elm  işçi Şəfiqə İsmayılova sentyabrın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda çöl tədqiqat işləri aparıblar.

Alimlərin  məqsədi illik iş planına uyğun olaraq “Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirilməsi, monitorinq xəritələrinin hazırlanması” mövzusunda ərazinin geomorfoloji şəraitinin, kənd və əkin sahələrinin, salınan yolların təsiri ilə relyefdə baş verən dəyişikliklərin və ətraf mühitin vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək olub.

Zəngilan rayonunda, Laçın şəhərində və onun ətraf kəndlərində inşa edilmiş yol şəbəkəsi, yaradılan kənd və şəhərlərin birbaşa relyefə təsiri, həmçinin təbii fəlakətlərin (sürüşmə, sel, uçqun, ufantı və s.) meydana gəlməsinə səbəb olan amillərin yayılması və formalaşması barədə məlumat toplanılıb.

Ekspedisiya müddətində tədqiqatçılar Laçın şəhəri və onun ətraf kəndlərinin yer səthindən 1947 metr yüksəklikdəki həddə qədər relyefin dəyişməsini, həmçinin Şuşa, Xankəndi şəhərlərində və Ağdamda yeni yaradılmış qəsəbələrin relyefini müşahidə ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023