AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçılar Şərqi Zəngəzurun turizm və rekreasiya ehtiyatlarını tədqiq ediblər
Sep 16, 2025 | 11:56 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin əməkdaşları Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyadan əsas məqsəd, Şərqi Zəngəzur iqtisadi rayonunun turizm və rekreasiya potensialının müəyyən edilməsi olub. Tədqiqat zamanı regionun cəlbedici turizm obyektlərinə baxış keçirilib, onların turizm üçün əhəmiyyəti öyrənilib. Müalicəvi Qotursu bulağı, Bədəl bulağı, Oxçu çayı, Həkəri çayı, XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi, yeni arxeoloji qazıntı yeri olan qədim hamam, Zəngilan Konqres Mərkəzi, Ağalı Hotel, “Dost Aqroparkı” və digər turizm obyektləri ilə yanaşı, tarixi yaşayış yerləri, dağıdılmış və xarabalığa çevrilmiş yaşayış məntəqələri araşdırılıb, onların dayanıqlı turizm təsərrüfatında rolu müəyyən edilib. 

Tədqiqat prosesində əldə olunan materiallar əsasında təbii-turizm xəritəsinin hazırlanması nəzərdə tutulub. 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023