AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda ixtisas fənlərindən qəbul imtahanları keçirilib
Sep 12, 2025 | 10:11 Konfranslar, iclaslar

AR Nazirlər Kabinetinin 02 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq sentyabrın 11-də Coğrafiya  institutunda ixtisas fənlərindən qəbul imtahanları keçirilib.

9 ixtisas üzrə ayrılan  15 yeri tutmaq üçün 17 nəfər iddiaçı sənəd təqdim edib. Onlardan 8 nəfəri xarici dil və fəlsəfə fənlərindən müvəffəq qiymət ala bilməyib.

İmtahanlarda 6 ixtisas üzrə 8 yer uğrunda 9 iddiaçı mübarizə aparıb. İmtahanları keçirmək üçün ixtisas üzrə alimlərdən ibarət 6 komissiya yaradılıb. Komissiyalara sədrlik edən İnstitutun baş direktoru v.i.e., c.e.d. dosent Zaur İmraninin iştirakı ilə keçən imtahanlar müvəffəqiyyətlə başa çatıb və iddiaçıların bilikləri müvafiq ballarla qiymətləndirilib.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023