AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutu elmi şurasının iclası keçirilib
Sep 11, 2025 | 12:55 Konfranslar, iclaslar

Baş direktor v.i.e  dosent Zaur İmraninin sədrliyi ilə AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutu  Elmi Şurasının iclası keçirilib.

Z.İmrani gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra əməkdaşların işə davamiyyəti, əmək və icra intizamına nəzarətin gücləndirilməsi barədə bir daha əməkdaşları məlumatlandırıb. Nizam-intizamı mütəmadi pozan işçilərə güzəşt edilməyəcəyi barədə xəbərdarlıq edib.

İnstitutun hazırladığı “Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı” kitabının siqnal nüsxəsi baxıldıqdan sonra onun müəyyən düzəlişlərlə çapa verilməsi qərara alınıb.

Təhsil şöbəsinin müdiri Müseyib Yunusov çıxışında dissertantların elmi mövzularının adlarının təsdiqində bəzi çətinliklərin olmasını diqqətə çatdırıb.

Qurunun hidrologiyası və  su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov “Coğrafiyanın müasir problemləri” kitabının çapa hazırlığının vəziyyəti haqqında məlumat verib.

Sonda geoinformatika və kartoqrafiya şöbəsinin hazırladığı ümumtəhsil məktəblərinin 9-11-ci sinifləri üçün Coğrafiya atlasının nəşrə verilməsi  müzakirədən sonra təsdiq edilib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023