AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşı Springer Nature nəşriyyatının vebinarında iştirak edib
Jun 24, 2025 | 14:37 Görüşlər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı  t.e.ü.f.d. İsmayıl Zeynalov Springer Nature nəşriyyatının təşkil etdiyi “Tədqiqat göstəricilərini anlamaq” mövzusunda keçirilən  vebinarda  iştirak edib.

Tədbir Hindistan hökumətinin “Bir millət, bir abunə” (ONOS) proqramı çərçivəsində qlobal elmi resurslara çıxışın təşviqinə və Springer Nature platformasının imkanlarının nümayişinə həsr olunub. 

Vebinarda iştirakçılara Impact Factor, Scopus, CiteScore, Web of Science (WoS) və s. kimi geniş yayılmış göstəricilər, eləcə də Eigenfactor, Journal Citation Indicator və s. kimi daha az tanınan, lakin əhəmiyyətli ölçü sistemləri haqqında ətraflı məlumat verilib. 

Sessiyada tədqiqatçılar üçün elmi göstəricilərdən səmərəli istifadə yolları, nəşr strategiyalarının formalaşdırılması və süni intellektin bu sahədə tətbiqi imkanları da müzakirə olunub. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023