AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya və Tərəvəzçilik İnstitutları arasında memorandum imzalanacaq
Jun 19, 2025 | 10:02 Mühüm hadisələr

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani və baş menecer Həmdulla Əliyev Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev qonaqları institutun şöbələri, laboratoriyaları və təcrübə sahələri ilə tanış edib. Səmərəli keçən danışıqlar əsasında müəssisə rəhbərləri elmi əlaqələrin genişləndirməsi məqsədilə tərəflər arasında memorandum imzalanması haqqında razılığa gəliblər. Memorandumda birgə elmi layihələrin və digər elmi işlərin həyata keçirilməsi planlaşdırılır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023