AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ ilə Gürcüstanın Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
May 05, 2025 | 15:51 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu arasında elmi tədqiqat, texnologiya və təhsil sahəsində birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, qarşı tərəfdən Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili imzalayıb.

Memorandumdan məqsəd ümumi maraqlara əsaslanaraq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın sahə və istiqamətlərinin genişləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin və dərinliyinin yaxşılaşdırılması üçün  təcrübə mübadiləsinin aparılması, birgə konfransların təşkilidir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023