AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı mütəxəssis Xəzərin problemləri barədə müsahibə verib
Apr 29, 2025 | 15:39 Müsahibələr, çıxışlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu  Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyasi şöbəsinin müdiri professor Əmir Əliyevin “İki sahil” qəzetində müsahibəsi dərc edilib.

Professor müsahibəsində Xəzərin səviyyə və çirklənmə problemləri, buna təsir edən amillər, səviyyə tərəddüdlərinin heyvanat aləminə təsiri, Aral dənizi ilə müqayisədə Xəzərin azalmasının gətirib çıxara biləcəyi nəticələr, problemlərin həllinə dair aparılan tədqiqatlar və həyata keçirilən yeni layihələr və s. kimi məsələlərə toxunub.

Müsahibəsinin sonunda alim Xəzərlə bağlı tövsiyələrini bildirib, Xəzərin problemlərini diqqət mərkəzində saxlayan və Xəzərdə gedən prosesləri daha dərindən təhlil etməyə imkan yaradan Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə ümumi bir mərkəzləşdirilmiş monitorinq mərkəzinin, eləcə də digər Xəzəryanı ölkələrdə olduğu kimi, Azərbaycanda da  Xəzərin tədqiqi ilə məşğul olan İnstitutun yaradılmasının vacibliyini xüsusi olaraq qeyd edib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023