
Demoqraf alim Ümumrusiya konfransında çıxış edib
Apr 29, 2025 | 09:26 Görüşlər
Apr 29, 2025 | 09:26 Görüşlər
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri vəzifəsini icra edən c.ü.f.d. Etibar Bədəlov Rusiya Federasiyasının Voloqda şəhərində keçirilən “Rusiyanın Regionlarda aqlomerasiya prosesləri: müsbət təsirlərin aktivləşdirmə xüsusiyyətləri və problemləri” adlı Ümumrusiya elmi-praktik konfransında onlayn formatda iştirak edib.
Demoqraf alim plenar iclasda “Azərbaycanda aqlomerasiyaların inkişafında problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.