AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alimin lisey kollektivi ilə görüşü keçirilib
Apr 25, 2025 | 09:35 Görüşlər

Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllim-tələbə heyətinin Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri c.e.d., prof. Rza Mahmudovla görüşü keçirilib.

«Bir damla su dünyanı gəzir»  devizi altında keçirilən tədbirdə məktəblilər dünyada müasir su problemləri ilə bağlı müxtəlif təqdimat və səhnəciklərlə  çıxış ediblər. Onlar dünyada suyun yaranması, onun canlı biosferdə və insan həyatında rolu,  suyun fiziki anomal, kimyəvi xüsusiyyətləri, onun müasir dövrdə kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinə qədər məlumatları əyani olaraq təqdimatlarda çatdıra biliblər.

Prof. Rza Mahmudov çıxış edərək müasir dövrdə  şirin su çatışmazlığı, qlobal istiləşmənin fəsadları və onun su ehtiyatlarına təsiri, insanların suya olan tələbatının artmasını, su mənbələrinin qorunması, mühafizəsi, suya qənaət üsulları və s. haqqında iştirakçılara məlumat verib. 

Alim çıxışının sonunda tədbirin təşkilatçılarına, liseyin müəllim-şagird kollektivinə və rəhbərliyinə təşəkkürünü bildirib, bu təfəkkür, ideologiya ilə formalaşan gənc nəslin gələcəkdə belə vacib problemin həllinə öz əvəzsiz töhfələrini verəcəklərinə əminlik ifadə edib.

Sonda prof. Rza Mahmudov yeni kitabını liseyin direktoruna hədiyyə edib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023