AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda əməkdaşların yubileyləri qeyd edilib
Apr 25, 2025 | 09:32 Yubileylər

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşları - Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d., dissertasiya şurasının elmi katibi Ziyafət Ağayevin 70 və Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılovun 65 illik yubileyləri qeyd edilib.

Səbəbkarları təbrik edən baş direktor v.i.e. dosent Zaur İmrani onların Coğrafiya İnstitutundakı fəaliyyəti haqqında qısa məlumat verib, İnstitut rəhbərliyi və kollektivi adından ünvanlanmış təbrik məktubu və gül dəstələrini yubilyarlara təqdim edərək onlara möhkəm can sağlığı, işlərində uğurlar arzu edib.

Z.Ağayev və R.İsmayılov çıxış edərək İnstitut rəhbərliyinə və kollektivinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Şöbə müdirləri, prof. Rza Mahmudov, Şamil Əzizov,  HİK sədri Kamran Ramazanlı və Mülki Müdafiə qərargahının rəisi Namazəli Mustafayev də yubilyarları təbrik edərək onlara tükənməz enerji və uğurlar diləyiblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023