AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda şahmat üzrə yarışlara start verilib
Apr 23, 2025 | 09:27 Maraqlı məlumatlar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə şahmat idman növü üzrə müəssisədaxili idman turnirinə start verilib.

Tədbiri giriş sözü ilə açan İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı qeyd edib ki, may ayında xalqımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edəcək: “Biz Həmkarlar təşkilatı olaraq İnstitutumuzda təşkil etdiyimiz idman turnirini bu fərəhli tarixə həsr edirik. Növbəti idman tədbiri daha bir şərəfli günə - 8 Noyabr Zəfər Gününə həsr ediləcək. Büdcəmizdə idman tədbirlərinə ayrılmış məbləğ 2-yə bölünərək bu tədbirlər zamanı qaliblərin mükafatlandırılmasına sərf olunacaq”. HİK sədri diqqətə çatdırıb ki, mayın 2-də başa çatacaq şahmat turnirinin qalibləri mayın 8-də mükafatlarını ala biləcəklər.

Tədbirdə baş menecer Həmdulla Əliyev, elmi katib c.ü.f.d. Səidə Zeynalova, c.ü.f.d., dosent Ziyafət Ağayev və başqaları çıxış edərək İnstitut əməkdaşları arasında belə bir idman yarışının keçirilməsinin əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar diləyiblər.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023