AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim torpaq sürüşmələri barədə açıqlama verib
Apr 09, 2025 | 10:40 Müsahibələr, çıxışlar

ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov Teleqraf İnformasiya Agentliyinin saytında Azərbaycanda aktiv sürüşmə zonaları haqqında açıqlama verib.

Alim  bildirib ki, yaz fəsli sürüşmələrin aktiv olduğu fəsildir. Qışda düşən yağıntılara görə torpağın su ilə doyması torpaq sürüşmələrini fəallaşdırır. Böyük Qafqazın geoloji quruluşu sürüşməyə çox meyilli zonalar olduğundan bu ərazilərdə ehtiyat tədbirlərinin görülməsi çox vacibdir. Alimin sözlərinə görə “Bakıda texnogen yüklənmənin çoxaldığı, sürüşmə aktivliyi olan ərazilər var. Bu sahələrdə vaxtaşırı müvafiq icra orqanları monitorinq keçirməlidir. Biz adətən sürüşmələr haqqında elmi müşahidələr aparırıq. İcra orqanları da elmi məlumatları almağa meyilli olmalıdırlar”.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023