AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ aliminin su ehtiyatlarına dair məqaləsi Scopus indeksli jurnalda dərc edilib
Apr 08, 2025 | 09:40 Yeni nəşrlər

Coğrafiya İnstitutu Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərovun professor Əli Əkbər Rəsuli ilə birgə yazdığı “The necessity of multi-purpose monitoring of  the republic of azerbaijan's water resources” adlı məqaləsi Scopus indeksli “Reliability: Theory & Applications” (ISSN 1932-2321) elektron jurnalında dərc edilib.

Məqalədə bildirilir ki, iqlim dəyişiklikləri ilə əlaqədar yağıntıların azalması kənd təsərrüfatına, infrastruktura, ətraf mühitə və ekosistemlərə bir çox cəhətdən davamlı şəkildə təsir göstərir. Buna görə müasir su mənbələrinin harada, nə vaxt və nə qədər itirildiyini dəqiqləşdirmək, ümumiyyətlə,  Azərbaycan Respublikasının Su ehtiyatlarını qiymətləndirmək məqsədilə CİS vasitələrinin köməyi ilə monitorinqin aparılması zəruridir. 

 

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023