AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşı Gürcüstanda akademik R. Məmmədovun 75 illik yubileyində çıxış edib
Apr 03, 2025 | 14:44 Yubileylər

Gürcüstanın Qardabani Təhsil və İnteqrasiya Mərkəzində tanınmış xəzərşünas alim, Coğrafiya İnstitutunun sabiq direktoru, Dövlət mükafatı laureatı, akademik Ramiz Məmmədovun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə iştirak edən Gürcüstanın Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili Ramiz Məmmədovun elmi fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, akademik ömrünün böyük hissəsini Xəzərin tədqiqinə həsr etsə də səhralaşma, landşaft planlaşdırılması, ətraf mühitin  mühafizəsi, su ehtiyatlarının qiymətləndirilməsi və s. kimi məsələlər də onun əsas tədqiqat sahələri idi. 2002-ci ildə Tbilisi şəhərində Səhralaşma mövzusunda keçirilən Beynəlxalq Konfrans onun təşkilatçılığı və sədrliyi ilə baş tutmuşdur.

Tədbirdə çıxış edən AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı İnstitutun baş direktoru v.i.e, c. ü.f.d, dosent Zaur İmraninin salamlarını tədbir iştirakçılarına çatdırıb, tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. K.Ramazanlı qeyd edib ki, akademik Ramiz Məmmədov elm adamı kimi tanınsa da, onun ömrünün böyük bir hissəsi ictimai işlərə həsr olunub, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf etdirilməsində xüsusi rol oynayıb.

 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023