AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyanın müasir problemlərinə həsr olunmuş konfrans keçirilib
Nov 01, 2024 | 11:20 Konfranslar, iclaslar

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyasi”  III Beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Coğrafiya İnstitutunun Azərbaycanın Coğrafiya Cəmiyyəti, Turizm və Menecmentlə Qərbi Kaspi universitetləri, ADPU-nun  Quba filialı, Türkiyənin Bursa Uludağ, Rusiyanın Dağıstan Dövlət Texniki və Pedaqoji, Özbəkistanın Milli, Şimali Qazaxıstanın M. Kozıbayev adına universitetləri, Gürcüstanın Coğrafiya İnstitutu və Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunda reallaşan tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov iştirakçıları salamlayaraq onları günün əsas məsələləri ilə tanış edib. İnstitut rəhbəri tədbirin keçirilməsinin əsas məqsədini açıqlayaraq bildirib ki, müasir iqlim dəyişmələri Yer səthində temperaturun artmasına, su ehtiyatlarının azalmasına, torpaq-bitki örtüyünün deqradasiyasına, təsərrüfatın ərazi və sahə strukturunun dəyişməsinə səbəb olur. Qlobal istiləşmə ilə müşayiət olunan iqlim dəyişmələri ənənəvi qaynaqların itirilməsinə gətirib çıxarır ki, bu da beynəlxalq səviyyədə iqtisadi, sosial, ekoloji və elmi-maarifləndirmə tədbirlərinin təşkilini tələb edir. Bugünkü elmi konfrans da Azərbaycanda keçiriləcək COP29-a həsr olunur. 

Tədbirdə iştirak edən Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin dekanı c.e.d. Sergey Paşkov,  BDU-nun Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayilov salamlama nitqi ilə çıxış ediblər. 

Sonra plenar iclasın məruzələri dinlənilib. Coğrafiya elmləri doktorları, professorlar Rza Mahmudov və Şövqi Göyçayski, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Yer elmlərinin ətraf mühit haqqında biliklərin formalaşmasında və ekoloji tədqiqatların aparılmasında əhəmiyyəti, Regional iqlim dəyişmələri fonunda Qarabağ ərazi çay axımlarının təhlili, Qarqarçay hövzəsi üzrə axımın tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə mövzularında məruzələr ediblər.

Tədbirin ikinci günü konfrans işini bölmə iclaslarında davam etdirib. 

İclaslarda Azərbaycan şəhərlərinin müasir regional problemləri, yeni açılan iş yerlərinin təsərrüfata təsiri, Qarabağın bəzi hidronimləri, mineral və termal sularının sağlamlığa təsiri, Quba-Xaçmaz iqtisadi rayonunda kəndlərin kiçilməsi və bunda miqrasiyanın rolu, Ağdam, Fizuli rayonlarında su ilə təminat problemi, Qarabağın tibbi-coğrafi şəraitinə ekoloji vəziyyətin təsiri və xəstəliklərin yayılmasında rolu, Azərbaycanda onkoloji xəstəliklərin coğrafiyası, torpaqlardan səmərəli istifadənin Kürdəmir rayonunun davamlı iqtisadi inkişafına təsiri, şərqi Zəngəzur iqtisadi rayonunda temperatur rejiminin tədqiqi və s. kimi mövzular yer alıb. 

Konfransın sonunda iştirakçılar geniş müzakirələrdən sonra qərar layihəsin qəbul ediblər.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023 - 2025
May
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
2025
1950
1951
1952
1953
1954
1955
1956
1957
1958
1959
1960
1961
1962
1963
1964
1965
1966
1967
1968
1969
1970
1971
1972
1973
1974
1975
1976
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
2025
2026
2027
2028
2029
2030
2031
2032
2033
2034
2035
2036
2037
2038
2039
2040
2041
2042
2043
2044
2045
2046
2047
2048
2049
2050
PazPtsSalÇarPerCumCts
27
28
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
00:00
01:00
02:00
03:00
04:00
05:00
06:00
07:00
08:00
09:00
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00