AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ-nin elmi işçi beynəlxalq forumun I dərəcəli diplomuna layiq görülüb
Jun 07, 2024 | 10:02 Görüşlər

AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Rusiya Federasiyasının Voronej şəhərində “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda keçirilən III Beynəlxalq Demoqrafik Forumun I dərəcəli diplomuna layiq görülüb.

Mükafat  elmi işçiyə “Azərbaycanın sərhədyanı iqtisadi bölgələrində etnik azlıqların yaşayış məntəqələrinin CİS texnologiyasının köməyi ilə tədqiqi  (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında)” elmi məqaləsinə görə təqdim edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023