AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Akademik Ramiz Məmmədovun xatirəsi yad edilib
Jun 07, 2024 | 09:51 Görüşlər

Görkəmli coğrafiyaçı alim, tanınmış xəzərşünas və okeanoloq,  AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun sabiq direktoru, Dövlət mükafatı laureatı, Şöhrət ordenli akademik Ramiz Məmmədovun ölümündən 3 il ötür.

Alimin xatirəsini yad etmək üçün baş direktor professor Zakir Eminov başda olmaqla Coğrafiya İnstitutunun kollektivi Fəxri Xiyabanda olub, mərhumun məzarını ziyarət edib. Alimin abidəsi önünə tər çiçəklər qoyulub, ruhuna dualar oxunub.

Ramiz Məmmədovun əziz xatirəsi Coğrafiya İnstitutunun Elmi Şurasında bir daha  hörmətlə yad edilib. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023