AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda COP29-a dair Beynəlxalq Konfrans keçiriləcək
Jun 03, 2024 | 11:51 Konfranslar, iclaslar

İyunun 5-6-da Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-la bağlı “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın təşkilatçıları Coğrafiya İnstitutu (Azərbaycan), Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Qazaxıstan Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu, Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası və Dağıstan Dövlət Texniki Universitetidir (Rusiya).

Arzu edənlər tədbirə dəvətlidirlər.

Konfrans  öz işinə ayın 5-də  saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının kiçik akt zalında başlayacaq.  

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023