AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında memorandum imzalanıb
May 31, 2024 | 09:23 Mühüm hadisələr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında elmi fəaliyyətə  dair memorandum imzalanıb.

Tədbirdə Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktor g-m.e.d, professor Vaqif Qurbanov, elmi katib y.e.f.d. Şəlalə Hüseynova, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəzrin Erdoğan, İstanbul Gedik Universitetinin prorektoru və mühəndislik fakültəsinin dekanı professor dr. Halil Uğraş, Texnologiya və Transfer Ofisinin direktoru dr. Feridun Özçakır və Magistratura İnstitutunun direktoru professor dr. Bahaddin Sinsoysal iştirak edib.

Memorandumdan  məqsəd elmi əlaqələrin inkişafına, elmi əməkdaşlığın təşviqinə və qarşılıqlı maraq doğuran sahələrdə elmi işlərin praktiki tətbiqinə yönəlmiş tərəflərin bərabərhüquqlu əməkdaşlığıdır.

Tərəflər arasında nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işlərinin prioritet istiqamətləri üzrə elmi-tədqiqat əməkdaşlığının həyata keçirilməsi, birgə qrant layihələrin hazırlanması və beynəlxalq təşkilatlara və fondlara təqdim edilməsi, müştərək elmi konfransların, simpoziumların, seminarların, müşavirələrin və işçi görüşlərinin təşkili nəzərdə tutulub.

Görüşdə həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin bərqərar olması istiqamətində müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023