AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər
Apr 29, 2024 | 12:35 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və  Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov onlayn formatda keçirilən “Şəhər və onun ətrafi: müasir çağırışlar və perspektivli inkişaf yollari” Beynəlxalq elmi konfransında  iştirak edirlər.

Tədbirin təşkilatçıları M.V.Lomonosov adına Moskva Dövlət Universiteti,  Belarus Dövlət Universiteti, Qazaxıstan Milli Texniki Tədqiqat Universiteti, Rusiya Memarlıq Və Inşaat Elmləri Akademiyasi  və Rusiya Coğrafiya Cəmiyyətidir.

Zakir Eminov “Azərbaycanın iqtisadi rayonlarında və sosial-iqtisadi mərkəzlərində demoqrafik vəziyyətin dəyişməsi”, Etibar Bədəlov isə “Azərbaycan Respublikasının şəhər aqlomerasiyalarında demoqrafik proseslər”  mövzularında məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023