AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunda ADNSU tələbələri ilə görüş keçirilib
Apr 24, 2024 | 09:29 Görüşlər

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələri ilə görüş keçirilib. 

Görüşdə Neft və Qaz İnstitutunun icraçı direktoru g-m.e.d, professor Vaqif Qurbanov, şöbə müdiri f.- r.e.d. Ədalət Həsənov və Geoloji Kəşfiyyat fakültəsinin ictimai əsaslarla elmi işlər üzrə dekan müavini g.-m.f.d, dosent Lalə Xəlilova iştirak edib. 

Geoloji kəşfiyyat fakültəsinin “Geologiya və Geofizika mühəndisliyi” ixtisası üzrə sonuncu kurs tələbələrindən 25 nəfər şöbə müdiri f.- r.e.d. Ədalət Həsənovun rəhbərliyi ilə “Neftli-qazlı hövzələrin analizi” şöbəsində istehsalat təcrübəsində olacaq.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023