AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Tədqiqatçı alim ATMU-da təbiət abidələrinin turizmdə əhəmiyyətindən danışıb
Apr 18, 2024 | 10:48 Müsahibələr, çıxışlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) «Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti» mövzusunda təqdimatı olub.

R.Fətəliyev məruzəsində təbiət abidələrinin ən ecazkar nümunələrindən sayılan bazalt sütunlarının geoturizm üçün əhəmiyyətindən danışıb,  adıçəkilən təbiət abidələrinin yayılma arealı, geoloji və geomorfoloji xüsusiyyətlərindən  bəhs edib, ölkəmizdə geoturizmin inkişafı üçün bu tip təbiət abidələrinin təbliği və təşviqinin vacibliyini vurğulayıb. Tədqiqatçı alim onların maraqlı təbiət abidəsi kimi turistlər üçün cəlbedici olmasını elmi dəlillərlə əsaslandırıb, hansı geoloji dövrlərdə və şəraitdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, petroloji, struktur, geomorfoloji və s. özəlliklərinə dair fikirlərini bildirib.

O həmçinin Azərbaycanın Kiçik Qafqaz və Talış dağları bölgəsində aşkar edilən və dünyada məşhur olan bazalt sütunlarının maraqlı geoturizm obyekti kimi dəyərləndirilməsinin, onların sistemli şəkildə elmi tədqiqinin zəruriliyini qeyd edib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023