AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşlarının məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda dərc edilib
Mar 04, 2024 | 09:45 Yeni nəşrlər

Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi texniki elmlər üzrə fəlsəfə doktoru  İsmayıl Zeynalovun elmi işçi Rəna Əhmədova, kiçik elmi işçi Aybəniz Əhmədova və Torpaq coğrafiyası şöbəsinin elmi işçisi Almaz Rüstəmova ilə birgə yazdıqları elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib. 

"Analysis of the sea surface temperature (SST) of the Caspian Sea from NOAA satellites" (NOAA peyklərindən Xəzər dənizinin səth temperaturunun (SST) analizi) adlı məqalə Xəzər dənizinin səth sularının temperaturunu müəyyənləşdirmək üçün müasir mövcud üsul və vasitələrdən istifadə edən müəlliflər NOAA peykləri və onlara quraşdırılmış AVHRR Pathfinder (yüksək ayırdetmə radiometri) cihazı tərəfindən alınan məlumatlara əsaslanaraq elmi tədqiqat işləri aparıblar. Tədqiqatçılar atmosfer-dəniz sistemindəki əsas nümunələrin uzun müddət ərzində dəyişikliklərin orta illik dəyərləri ilə müəyyən olunmasını araşdırıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023