AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
GGİ gəncləri “Ana harayı” abidəsini ziyarət ediblər
Feb 26, 2024 | 17:14 Mühüm hadisələr

“Xocalı faciəsinin otuz ikinci ildönümü ilə bağlı “Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq soyqırım qurbanlarının xatirəsini anmaq üçün Geologiya və Geofizika İnstitutunun gəncləri Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakıda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Onlar abidənin önünə gül dəstələri düzərək faciə qurbanlarını dərin hüznlə yad edib ruhlarna  dualar oxuyublar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023