AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim televziya proqramında təbiətin mühafizəsindən danışıb
Feb 19, 2024 | 10:16 Müsahibələr, çıxışlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AzşTV-nin “Ekoetika” proqramının çəkilişində iştirak edib.

Ətraf mühitin qorunması mövzusuna həsr edilmiş proqramda Azərbaycan təbiəti, onun bitki və heyvanat aləmi, biomüxtəliflik haqqında danışan M.İsmayılov insanların təsərrüfat fəaliyyətinin ekosistemə təsiri, biomüxtəlifliyə dəyən ziyanların qarşısının alınması üçün görülən tədbirlər barədə fikirlərini bildirib.

Sonda landşaftşünas alim vurqulayıb ki, Azərbaycan respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycan təbiətinə olan böyük qayğının göstəricisidir, təbiətə qayğıkeş münasibət isə hər bir vətəndaşın borcudur. 

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023