AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
İqlimşünas alim Cop 29-la əlaqədar REAL TV-yə müsahibə verib
Feb 16, 2024 | 10:23 Müsahibələr, çıxışlar

AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev Real TV-nin qonağı olub.

COP 29-la əlaqədar “İqlim dəyişmələrinin ölkəmizə təsiri” mövzusunda televiziya kanalına müsahibə verən alim qlobal istiləşmənin dağıdıcı hadisələrin çoxalmasına təsiri,  onun atmosferdə baş verən meridional sirkulyasiya ilə bağlılığı, insan fəaliyyəti nəticəsində atmosferə atılan molekulların ozon təbəqəsinə dağıdıcı təsiri, bu cür mənfi təsirlərin azaldılması üçün Azərbaycanda görülən tədbirlər,  COP 29-un iqlim dəyişmələri fəsadlarının aradan qaldırılmasında rolu haqqında geniş danışıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023