AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib
Feb 16, 2024 | 16:12 Konfranslar, iclaslar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib. İclasda AMEA-nın Yer Elmləri bölməsinin, Elmi-Texniki Şuranın üzvləri, RSXM-nin rəhbərliyi, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi-Texniki Şuranın iclasında çıxış edən RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə gündəliyə daxil olan məsələlər haqqında məlumat verib.

Baş direktor bu ilin may ayında (13-15 may 2024-cü il) AMEA-nın müxbir üzvü, professor Arif Həsənovun anadan olmasının 85 illiyinə həsr olunmuş “Ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, baş direktor işğaldan azad olunmuş ərazilərimizdə quraşdırılacaq seysmik stansiyalar və aparılacaq kompleks tədqiqatlar haqqında da danışıb. Daha sonra Mərkəzin müvafiq elmi şöbələrinin 2023-cü ildə apardıqları elmi-tədqiqat işlərinin (aralıq və yekun) hesabatları təqdim olunub.

"GPS məlumatlarına əsasən Türkiyə, Şimalı İran və Qafqaz regionunun  (o cümlədən Qarabağ ərazisinin) müasir geodinamikası" (2021-2023-cü illər-Məruzəçilər: Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri  geologiya mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, "Geodinamika" şöbəsinin müdiri geologiya mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov). "Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025-ci illər)" və "Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi" (2023-2024-cü illər-məruzəçi: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova), "Azərbaycan ərazisinin kompleks geofiziki tədqiqatları" (2021-2025-ci illər-məruzəçi: Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev), "Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi" (2021-2024-cü illər-məruzəçi: Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev), "Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu" (2023-2024-cü illər-məruzəçilər: "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin  böyük elmi işçisi Aybəniz Kərəmova) mövzularında hesabatlar təqdim olunub.

Təqdimatdan sonra təqdim edilmiş məruzələr ətrafında müzakirələr aparılıb və məruzələr Elmi-Texniki Şura üzvləri tərəfindən qəbul olunub.

İclasda həmçinin AMEA-nın Rəyasət Heyətinin 09.01.2024-cü il tarixli 1/4 nömrəli qərarının icrası, eləcə də RSXM-də çalışan bakalavr, magistr, doktorant, dissertant və mühəndislər üçün  2024-cü ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramının təsdiq edilməsi haqqında məsələyə  baxılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023