AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutu elmi şurasının iclası keçirilib
Jan 26, 2024 | 10:23 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının 2024-cü il üçün ilk iclası keçirilib. 

Baş direktor professor Zakir Eminov cari ildə şuranın işinə uğurlar arzu edərək iclasda müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Elmi katib dosent Zərnurə Həmidova Elmi şuranın tərkibində ediləcək dəyişiklik barədə məlumat verib. Dünyasını dəyişməsi ilə əlaqədar sabiq Rəfail Abdullayevin yerinə şöbə müdiri c.ü.f.d. Solmaz Rzayevanın Elmi şuraya üzvlüyü təsdiq edilib.

Tədqiqatçı alim Yasin Kərimovun (Yasin Azərtürk) “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının elm sahəsində Dövlət Mükafatına təqdim edilməsinə dəstək verilməsi qərara alınıb.

İclasda iştirak edən AzərEnerji ASC-nin əməkdaşı Rüstəm Rəcəbov  bu il Azərbaycanda keçiriləcək COP 29-a  dair  lokal təşəbbüslərin  üzə çıxarılması məqsədilə iclas iştirakçıları ilə fikir mübadiləsi aparıb,  coğrafiyaçı alimlərin bu sahədəki planları ilə  tanış olub.

Elmi şuranın iclasında həmçinin "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Coğrafiya İnstitutunun görəcəyi işlər müzakirə edilib, 2024-cü ilin iş planının ilkin müzakirəsi aparılıb, eləcə də bir sıra digər məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023