AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində tədbir
Dec 19, 2023 | 16:25 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d., professor Zakir Eminov, icraçı direktor c.ü.f.d., dosent Zaur İmrani, şöbə müdirləri, coğrafiya elmləri doktorları Səid Səfərov və professor Əmir Əliyev “Xəzər dənizi: Rusiya-Azərbaycan əməkdaşlığının üfüqləri” adlı distant formatda keçirilən tədbirdə iştirak ediblər.

Tədbir Xəzər dialoqu Beynəlxalq Assambleyası və Caspian Energy Forumu çərçivəsində Coğrafiya İnstitutu ilə Rusiyanın Xəzər dənizinin Elm və İnnovasiyalar Şurası və Texnologiyanın İnkişafına və Elmi Əməkdaşlığa Dəstək Assosiasiyası arasında imzalanmış əməkdaşlıq sazişinin həyata keçirilməsi planının hazırlanması məqsədini daşıyıb.

Azərbaycan-Rusiya elmi əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə Rusiyanın Xəzər Dəniz Elmi Tədqiqat Mərkəzinin və P.P. Şirşov adına Okeanologiya İnstitutunun Xəzər bölməsinin rəhbərləri və ekspertlərinin  iştirak ediblər.

Görüşdə ölkələrimiz arasında Xəzər dənizi ilə bağlı elmi-texniki və innovativ əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri nəzərə alınmaqla, iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri, dənizin təbii və iqtisadi potensialı, ekoloji problemlər və onların aradan qaldırılması yolları, turizm sərvətlərindən istifadə imkanları və s. məsələlər müzakirə edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023