AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşlarI Türk Dövlətlərinin konfransInda iştirak ediblər
Dec 15, 2023 | 11:33 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) sədri, c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi ACC idarə heyətinin üzvü Emil Cəbrayılov Özbəkistanın paytaxtı Daşkənddə "Türküstanın türk xalqlarının tarixində rolu" mövzusunda keçirilən konfransda iştirak ediblər.

Konfrans Türk Dövlətləri Təşkilatı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti və Türk Dövlətlərinin Coğrafiya Şurasının təşkilatçılığı ilə baş tutub. 100-dən çox aparıcı beynəlxalq ekspert və alimin iştirak etdiyi tədbirdə vurğulanıb ki, bu cür konfranslar türk xalqlarının böyük mədəni-tarixi irsinin qorunub saxlanması və təbliğində türkdilli ölkələrin alim və tarixçilərinin səylərini birləşdirməyə xidmət edir.

Konfrans çərçivəsində Türk Dövlətləri Coğrafiya Şurası üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada Mirnuh İsmayılov "Türküstanın türk dünyası coğrafi ərazisində geosiyasi vəziyyəti və müasir problemləri" adlı məruzə ilə çıxış edib. 

Dəyirmi masanın iştirakçıları türk dövlətlərinə və xalqlarına məxsus tarixi və təbii abidələrin sıyahısının və coğrafiya terminlərinin uyğunlaşdırılmış lüğətinin hazırlanması, birgə nəşrlərin dərc olunması  və s. məsələləri müzakirə ediblər.

Tədbirin sonunda Mirnuh İsmayılov və Emil Cəbrayılov yerli televiziya kanallarına müsahibə veriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023