AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun əməkdaşları “Dağlar Adapt” layihəsi üzrə tədbirdə iştirak ediblər
Dec 05, 2023 | 15:26 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - baş direktor professor Zakir Eminov, şöbə müdiri dosent Mirnuh İsmayılov, baş elmi işçi dosent  Natəvan Cəfərova və elmi işçi Emil Cəbrayılov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Dağ Regionlarının Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsinin (Dayanıqlı Qafqaz) Layihəsi çərçivəsində onlayn məsləhətləşmələrdə iştirak ediblər.

Dağlar ADAPT layihəsi Cənubi Qafqaz və Şərqi Afrika İcmasının tərəfdaş dövlətləri üçün kiçik qrant maliyyələşdirmə sxemi vasitəsilə dağlıq ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma üçün yerli səviyyədə fəaliyyət göstərmək məqsədi daşıyır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023