AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
UFAZ-ın məzunu AMEA-da Geofizika ixtisası üzrə təhsil alacaq
Nov 02, 2023 | 11:14 Maraqlı məlumatlar

Fransız-Azərbaycan Universiteti - UFAZ-ın Yer Elmləri ixtisası məzunu, Ph.D. tələbəsi Murad Qəhrəmanov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Geofizika ixtisası üzrə təhsil alacaq. Akademik Fəxrəddin Qədirovun rəhbərliyi altında o, “Cənubi Xəzər hövzəsində istilik selinin paylanması modelləri” mövzusunu araşdıracaq. Murad təəssüratlarını bizimlə bölüşüb: "Bu unikal fürsət mənə enerji resursları, tektonikası və mürəkkəb geoloji prosesləri haqqında anlayışlar təqdim edərək, bölgədə geoloji və istilik xüsusiyyətləri haqqında anlayışlarımı dərinləşdirməyə kömək edəcək. İnanıram ki, bu sahədə görəcəyim işlər, mənə böyük fayda verəcək. UFAZ-a, eləcə də bu ana kimi mənə akademik karyeramda dəstək olmuş hər kəsə dərin minnətdarlığımı bildirirəm”. 

 

Biz də Muradı təbrik edir, ona yeni-yeni  uğurlar arzulayırıq!

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023