AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Akademik Fəxrəddin Qədirov “Elmlər Akademiyaları Beynəlxalq Assosiyası”nın böyük medalı ilə təltif edilib
Oct 03, 2023 | 14:32 Maraqlı məlumatlar

AMEA-nın birinci vitse prezidenti v.i.e. akademik Arif  Həşimov və AMEA-nın vitse prezidenti akademik İbrahim Quliyev  dəvətlə Elmlər Akademiyaları Beynəlxalq  Assosiyası  Şurasının 36-cı iclasında iştirak ediblər. 

Belarusun paytaxtı Minsk şəhərində keçirilimiş 3 günlük tədbirdə “Elmi tədqiqatların əsas istiqamətləri”, “Atom enerjisi və enerji təhlükəsizliyi”, “Kosmik tədqiqatlar sahəsində akademiyalararası əlaqələrin möhkəmləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.

“Elmlər Akademiyaları Beynəlxalq Assosiyası Şurasının 30 illiyi: elmi fəaliyyət üfüqlərinin genişləndirilməsi” mövzusu üzrə çıxışlarda AMEA-nın vitse prezidenti Akademik İbrahim Quliyevin  nitqi və təklifləri maraqla dinlənilib.

Elmlər Akademiyaları Beynəlxalq Assosiyası tərkibində  səmərəli fəaliyyətinə görə akademik Fəxrəddin Qədirov bu qurumun böyük medalı ilə təltif edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023