AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM- də Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sep 27, 2023 | 12:06 Mühüm hadisələr

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının Zəfər qələbəsi ilə başa çatsa da, bəzi xarici qüvvələrin təhriki ilə erməni revanşistlərinin yenidən Qarabağda baş qaldırmaq cəhdlərinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu bir gündə nöqtə qoydu. “Sözsüz ki, heç bir müharibə qansız, şəhidlərsiz bitmir. Biz həm 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı, eləcə də bu günlərdə aparılan antiterror əməliyyatları zamanı da şəhidlərimiz oldu. Biz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasına, bu qələbəyə görə, Ali Baş Komandanımıza, əsgərlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq” – deyən baş direktor ermənilərin işğal dövründə Xocalıda və başqa şəhərlərimizdə törətdikləri vəhşilikləri, qeyri-insani davranışlarını da xatırladıb.

Qeyd edək ki, tədbirdən sonra RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Mərkəz əməkdaşları II Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023