AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də yubiley tədbiri keçirilib
Oct 02, 2023 | 09:56 Görüşlər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Kompleks tədqiqatların elmi araşdırılması” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayevin 75 illik yubileyi qeyd olunub.

AMEA  nəzdində RSXM-nin  baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azay Rzayev uzun illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzində çalışır. Mərkəzdə aparılan maqnitometrik tədqiqatların inkişaf etdirilməsində Azay Rzayevin böyük rolu və əməyi olduğunu qeyd edən professor Qurban Yetirmişli yubilyarın hazırda da mərkəzdə fəaliyyətini davam etdirdiyini qeyd edib. Baş direktor Azay Rzayevi 75 illik yubileyi münasibəti ilə təbrik edərək, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev göstərilən diqqətə görə mərkəz rəhbərliyinə və kollektivə öz minnətdarlığını bildirib.

Sonda yubilyar Mərkəz rəhbərliyi tərəfindən “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023