AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geologiya və Geofizika İnstitutunun əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar
May 19, 2023 | 11:25 Maraqlı məlumatlar

Geologiya və Geofizika İnstitutu “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar.

Şəmkir rayonunun və Ceyrançöl zonasının vizualizasiya təhlilinə həsr olunmuş ekspedisiyanı İnstitutun şöbə rəhbəri y.e.e.d, dosent Qulam Babayev, həmçinin şöbənin əməkdaşları b.e.i. İmran Muradi, mühəndis Yaşar Əliyev, böyük laborantlar Tural Babayev və Mirzəli Əliyev həyata keçiriblər. 

Ekspedisiya zamanı qeyd edilən ərazilərin relyefi öyrənilib, ümumi tədqiqat ərazinin pleystoseyst zonasının morfoloji xüsusiyyətləri tədqiq edilib, geoloji strukturlarlavizual tanışlıq keçirilib, litoloji quruluş 1 m dərinliyə qədər öyrənilərək süxur nümunələri toplanılıb. 

Görülən işlərlə yanaşı, Kürətrafı ərazilər, Kür qəsəbəsi, Ceyrançöl zonası, Şəmkir rayonu qeyd edilən aspektlərlə müşahidə obyekti olub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023