AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda CİS Üzrə 3 günlik təlim aparılıb
May 19, 2023 | 12:02 Maraqlı məlumatlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutu və  İtaliyanın Milli Tədqiqat Şurası  (MTŞ) “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin  məsafədən zondlama məlumatları və CİS  əsasında tədqiqi” layihəsi çərçivəsində 3 günlük təlim təşkil edilib.

Coğrafiya İnstitutunda ödənişsiz olaraq SNAP proqram təminatından istifadə etməklə “Məsafədən zondlama: ətraf mühitin monitorinqi üçün peyk  müşahidə mənbələri" mövzusunda təşkil edilən dərsləri İtaliyalı professor Gian Luigi Liberti aparıb.

Təlimlərin son günü iştirakçılara sertifikat təqdim edilib.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023