AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Qərbi Kaspi Universiteti tələbələrinin RSXM-də istehsalat təcrübəsi başa çatıb
May 24, 2023 | 14:47 Mühüm hadisələr

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer Elmləri seksiyasının iclası keçirlib. İclasda RSXM-də istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universiteti tələbələrinin təcrübə dövründə öyrəndikləri praktiki biliklərinin nəticəsi müzakirə olunub.

RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri Yer Elmləri seksiyasının rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli Qərbi Kaspi Universiteti ilə AMEA nəzdində RSXM arasında bağlanmış müqaviləyə əsasən hər il universitetin bir qrup tələbəsi Mərkəzin müvafiq şöbələrində istehsalat təcrübəsi haqqında məlumat verib. 

Daha sonra Qərbi Kaspi Universitetinin tələbələri - Aqşin Həsənov “Xətai rayonu ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)”, İlahə İskəndərova “Linux əməliyyat sistemi, onun strukturu və komandaları”, Nigar Əliyeva “Binəqədi və Nizami rayonları ərazisində tikinti sahələrinin mühəndisi-geoloji və mühəndisi-seysmoloji şəraitinin araşdırılmasının nəticələri (RSXM-nin fond materialları əsasında - 1998-2019-cu illər)” mövzusunda məruzələrini təqdim ediblər.

Daha sonra təqdim olunmuş məruzələr müzakirə olunub, maraq doğuran suallara aydınlıq gətirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023