AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb
May 25, 2023 | 11:10 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb.

Mərasimdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor akademik Fəxrəddin Qədirov və Neft və Qaz Problemləri İnstitutu tərəfindən Rusiya Elmlər Akademiyasının müxbir üzvü elmi işlər üzrə direktor müavini Vasili Boqoyavlenski iştirak edib.

İmzalanmış memorandumda müqaviləyə uyğun olaraq birgə geoloji və geofiziki tədqiqatların aparılması üçün elmi və texniki əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Elmi və texniki əməkdaşlığın Yerin və Dünya Okeanı dibinin geoloji quruluşunun öyrənilməsi, təbii, təbii-texnogen və ekoloji proseslərin inkişafının müəyyənləşdirilməsi və öyrənilməsi üzrə planlaşdırılır.

Birgə çöl tədqiqatlarının təşkili və aparılması, habelə müxtəlif geoloji və geofiziki məlumatların, o cümlədən kosmosdan Yerin zondlanması, pilotsuz uçuş aparatlarından istifadə etməklə əldə edilən məlumatların emalı və şərhi nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023