AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu və Özbəkistan İnstitutu arasında memorandum imzalanib
May 25, 2023 | 15:10 Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Özbəkistanın Neft və Qaz Yataqlarının Geologiyası və Kəşfiyyatı İnstitutu dövlət qurumu arasında memorandum imzalanıb.

Tədbirdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov və Özbəkistanın Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı İnstitutu dövlət qurumu tərəfindən direktor, geoloji-minerologiya elmləri üzrə fəlsəfə doktoru Odaşa Karşıyev iştirak edib.

Müqaviləyə əsasən nəzəri, laboratoriya tədqiqatları,habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlıq planlaşdırılıb.

Müştərək elmi-konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodi, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə, konfrans materialları şəklində birgə illik hesabatları istifadə olunacaq.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023