AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu ilə Gürcüstan Texniki Universiteti arasında memorandum imzalanıb
May 30, 2023 | 17:00 Maraqlı məlumatlar

Neft və Qaz İnstitutu  ilə Gürcüstan Texniki Universiteti arasında memorandum imzalanması tədbirində Neft və Qaz İnstitutu tərəfindən baş direktor akademik Fəxrəddin Qədirov, elmi katib y.e.f.d. Şəlalə Hüseynova və  Gürcüstan Texniki Universiteti tərəfindən Teymuraz Barabadze, Nana Xundadze, İrakliy Qudjabidze və Camal Soloqaşvili iştirak edib.

Görüş zamanı tərəflər arasında elmi-tədqiqat işləri çərçivəsində bir sıra məsələlər müzakirə olunub. Müqaviləyə əsasən nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlıq planlaşdırılıb.

Sənədə əsasən, müştərək elmi konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodi, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə və konfrans materialları şəklində birgə illik hesabatlar istifadə olunacaq. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023