AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Qarabağ: Mülahizələr və Düşüncələr” adlı kitab nəşr edilib
Aug 30, 2023 | 15:20 Yeni nəşrlər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin

“Qarabağ: mülahizələr və düşüncələr” adlı kitabı nəşr edilib.

Elmi şuranın rəyi əsasında çap olunmuş kitabın elmi redaktoru İnstitutun baş direktoru c.e.d. Zakir Eminovdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin son illərdə dövrü mətbuatda və internet saytlarında Qarabağa dair dərc olunmuş publisistik və elmi-publısıstik yazıları toplanıb. R.Fətəliyevin oxuculara təqdim etdiyi bu kitabda 44 günlük Vətən müharibəsi ərəfəsində xalqımızın milli vətənpərvərlik ruhu, Qarabağın maddi-mənəvi sərvətləri, faydalı qazıntıları, toponimləri, işğaldan azad olunması və gələcək inkişaf perspektivləri haqqında müəllifin düşüncə və təklifləri, Qarabağ dağlarında tədqiqatlar apararkən şəxsən iştirak və müşahidə etdiyi hadisələr və s. haqqında maraqlı yazıları təqdim edilir. Kitabda həmçinin R.Fətəliyevin yaxşı tanıdığı, əslən Qarabağdan olan dəyərli insanlar haqqında xatirələri də yer alır.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023