AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim qlobal istiləşməyə təsir edən proseslərdən danışıb
Jul 12, 2023 | 12:45 Müsahibələr, çıxışlar

H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov  AZƏRTAC-a verdiyi müsahibəsində qlobal istiləşmənin gözləntilərindən danışıb.

İqlimşünas alim bununla əlaqədar Sakit okeanda vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələrinə aydınlıq gətirib. Bildirib ki, dünya okeanında baş verən bu irimiqyaslı proseslər qlobal temperaturun dəyişməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir. Son 3 ildə aktiv olan “La Nino” hazırda zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir. 

S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 1,2 dərəcə artıb. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023